İşğaldan azad edilən ərazilər bayram ovqatına büründü - FOTO

İşğaldan azad edilən ərazilər bayram ovqatına büründü - FOTO

Hazırda oxunan: İşğaldan azad edilən ərazilər bayram ovqatına büründü - FOTO

3503

Müdafiə Nazirliyinin təşkilatçılığı ilə Vətən müharibəsinin od-alovlarından keçərək qalibiyyət bayrağımızı zirvələrə ucaltmış mübariz döyüşçülərlə görüşlər keçirilib, onların qarşısında incəsənət ustalarının çıxışları təşkil olunub.

Nazirlikdən Bizim.Media-ya verilən məlumata görə, işğaldan azad edilmiş Füzuli, Cəbrayıl, Xocavənd, Qubadlı, Zəngilan rayonlarında və Şuşa şəhərində “Vətən müharibəsində möhtəşəm qələbəyə görə sağ ol, Azərbaycan əsgəri!” devizi altında vətənpərvərlik tədbirləri keçirilib.

Şuşada  Üzeyir Hacıbəylinin, Bülbülün ev muzeyləri, Molla Pənah Vaqifin məzarı, eləcə də Gövhər Ağa məscidi, Şuşa qalası, Cıdır düzü və dağıdılmış digər tarixi memarlıq abidələrimiz ziyarət olunub.

Vətənpərvərlik tədbirləri Ağdam, Laçın və Kəlbəcər rayonlarında davam etdiriləcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO