Sürücülərin NƏZƏRİNƏ: Bu yolda hərəkət məhdudlaşdırılacaq

Sürücülərin NƏZƏRİNƏ: Bu yolda hərəkət məhdudlaşdırılacaq

Hazırda oxunan: Sürücülərin NƏZƏRİNƏ: Bu yolda hərəkət məhdudlaşdırılacaq

35011

Bakı şəhəri, Tbilisi prospekti ilə Əbdülvahab Salamzadə küçəsinin kəsişməsində yerləşən yol ötürücüsü üzərində iş aparılacaq.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Bizim.Media-ya verilən məlumata görə, 1 sentyabr saat 11:00-dan 13:00-dək (2 saat) aparılacaq müayinə və sınaq işləri ilə əlaqədar olaraq hərəkət qismən məhdudlaşdırılacaq.

Qeyd olunan müddət ərzində ərazidə sıxlığın və tıxacın yaranmaması üçün sürücülərdən öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri xahiş olunur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO