Sentyabrın 1-dən toyların keçirilməsi ilə bağlı DİN-dən AÇIQLAMA

Sentyabrın 1-dən toyların keçirilməsi ilə bağlı DİN-dən AÇIQLAMA

Hazırda oxunan: Sentyabrın 1-dən toyların keçirilməsi ilə bağlı DİN-dən AÇIQLAMA

34984

Sentyabrın 1-dən başlayaraq pandemiya şəraitində toy, nişan, ad günü və digər şənlik mərasimlərinin təşkili və keçirilməsi ilə bağlı yeni qaydalar müəyyən olunub.

Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı Daxili İşlər Nazirliyi Mətbuat xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev bildirib.

Onun sözlərinə görə, sentyabrın 1-dən etibarən təşkil edildiyi yerdən asılı olmayaraq (kafe, restoran, şadlıq sarayı, həyət, mağar və s.) şənlik mərasimləri 150 nəfərədək şəxsin iştirakı ilə keçirilə bilər.

O qeyd edib ki, şənlik mərasimlərində iştirak edən yaşı 18-dən yuxarı bütün qonaqların COVID-19 pasportu olmalıdır:

“Şənlik mərasimlərinə gələn qonaqlar üçün tənəffüs yollarını qoruyan fərdi vasitələrdən məcburi istifadə tələb olunmur, "icaze.e-gov.az" portalında qeydiyyatdan yalnız ictimai iaşə müəssisələrində təşkil olunan şənlik mərasimləri keçirilməlidir”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO