Günel Əkbərli prokuror təyin edildi

Günel Əkbərli prokuror təyin edildi

Hazırda oxunan: Günel Əkbərli prokuror təyin edildi

34977

Bakı şəhər Prokurorluğunda yeni təyinatlar olub.

Bakı şəhər Prokurorunun köməkçisi Günel Əkbərli və Fuad Tağıyev tutduqları vəzifədən azad edilib. G.Əkbərli Baş Prokurorluğun Elm-Tədris Mərkəzinə, F.Tağıyev isə Bakı şəhər Prokurorluğunun Daxili İşlər Orqanlarına Nəzarət İdarəsinə prokuror təyin edilib.

Bundan başqa Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin İstintaq şöbəsinin böyük prokurorları Tural Aslanov və Azad Fətullayev Bakı şəhər prokurorunun köməkçisi təyin edilib.

Qeyd edək ki, bir müddət əvvəl İlqar Abbasov Korrupsiyaya qarşı Mübarizə İdarəsinin rəis müavini vəzifəsindən azad edilərək Bakı şəhər prokuroru təyin edilib. O, bu vəzifədə Ali Məhkəmənin hakimi təyin edilən Əziz Seyidovu əvəz edib. (lent.az)

 

Sfera.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO