Xoşbəxt insanlar koronavirusa yoluxmur - HƏKİM RƏYİ

Xoşbəxt insanlar koronavirusa yoluxmur - HƏKİM RƏYİ

Hazırda oxunan: Xoşbəxt insanlar koronavirusa yoluxmur - HƏKİM RƏYİ

34965

Adətən insan orqanizmində qış aylarında vitamin çatışmamazlığı yaranır. Mütəxəssislərin fikrincə, bu adətən günəş şüalarının çatışmazlığından və meyvələrin tükəndiyi mövsüm olduğu üçün yaranır. Havaların da soyuq keçməsi insan orqanizmini daha zəiflədir və immun sisteminin çöküşü yaranır. 

Lakin son iki ildə dünyada tuğyan edən pandemiya səbəbilə bildiyimiz nizam artıq pozulub.
 

MÖVZU İLƏ BAĞLI:

Kim daha çox xoşbəxtdir? – Psixoloq AÇIQLADI


Hazırda yay mövsümünün olduğuna baxmayaraq ölkə üzrə COVİD -19 –a yoluxma özünün pik həddini yaşayır. Bu da yayda olan meyvə-tərəvəzlərin və günəş şüasının vitamin deposu olması barədə mifləri alt-üst edir. Nəzərə alsaq ki, koronavirusun yayılan Delta və Alfa ştammı isə yoluxucu qabiliyyətində qat-qat o birilərdən qabaqdadır.

Bəs, həqiqətdə məsələ necədir və yoluxma zamanı özümüzü necə qoruya bilərik?

Həkim Ramin Cəfərov Bizim.Media-ya açıqlaması zamanı son zaman qlobal istiləşmə, təbiətin düzənin pozulması və ekologiyanın həddən artıq çirklənməsi ilə müasir dövrdə yetişdirilən meyvə və tərəvəzlərin tərkibindəki vitamin və xeyirli vitaminlərin çox az olduğunu qeyd edib:

“Məsələn 60-70-ci illərdə təbii üsulla yetişdirilən meyvə- tərəvəzlərin tərkibi indiki qidalardan çox fərqlənir. Əvvəla onu qeyd edim ki, hazırda meyvə-tərəvəzin  gen dəyişdirilib becərilir.


Bu vitamin tərkibləri öldürdüyündən insan orqanizmini zəiflədir və immun sisteminə dağıdıcı zərbə endirir. Bu da insan orqanizmini müxtəlif viruslara qarşı zəiflədir və buradanda müxtəlif xəstəliklərə qarşı gücsüz edir.Məhz bu da bu ştammların daha sürətlə yaranmasına səbəb olur. Ona görə mən məsləhət görərdim ki, ümumiyyətlə qida rasionu ilə yanaşı əlavə vitamin və mineral həbləri qəbul edilsin. Bu yediyimiz qidalara əlavə kimi daxil edilməlidir”.

Həkim həmçinin qeyd edir ki, xəstəlik zamanı bol miqdarda maye qəbul etmək bu xəstəliyin danılmaz müalicə metodudur.
 

“Sözsüz ki, bu xəstəlik həkim nəzəratə altında müəyyən kursla müalicə olunmalıdır. Lakin son zamanlar insanlar arasında qeyri-ənənəvi müalicə metodu çox yayılıb. Bu da fiziki məşqlərdir.


Bir neçə insan öz təcrübələrində bunu sınaqdan keçirərək çox uğurlu olublar. Sözsüz ki, söhbət sağlam heç bir böyrək, ürək və ciyər xəstəliyi olmayan insanlardan gedir. Bunun üçün elə yüngül hərəkətlərdən başlamaq olar. Bu qan-damar sistemini normallaşdırır və ürək fəaliyyətini stabilləşdirir. Bunun sayəsində həm də xəstələrin psixoloji vəziyyətləri də yaxşılaşır. Çünki idman zamanı orqanizmdə “xoşbəxtlik” harmonu endorfin yüksəlir. Endorfin orqanizmdə çox olduğu halda - insan özünü tam güclü, enerji dolu, optimistik və təmamilə xoşbəxt hiss edir. Bu bioloji aktiv birləşmələr (neyropeptidlər) beyin hüceyrələri və sinir sistemi tərəfindən istehsal olunur”.

Vüsalə Balayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO