Azərbaycanda əsgərliyə çağırış qaydaları dəyişdi

Azərbaycanda əsgərliyə çağırış qaydaları dəyişdi

Hazırda oxunan: Azərbaycanda əsgərliyə çağırış qaydaları dəyişdi

34905

Nazirlər Kabineti “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”də dəyişikliklər edib.

 

lent.az-ın verdiyi məlumata görə, dəyişikliyə əsasən, sağlamlıq vəziyyətinə görə çağırışa möhlət 3 il müddətinədək, hər dəfə 1 ildən artıq olmamaq şərti ilə veriləcək.

 

Üç ildən sonra, sağlamlıq vəziyyətindən asılı olaraq möhlət almış çağırışçılar ya müddətli həqiqi hərbi xidmətə çağırılacaq, ya hərbi xidmətə yararsız hesab edilərək hərbi uçotdan çıxarılacaq, ya da dinc dövr üçün hərbi xidmətə yararsız, müharibə dövrü üçün məhdud yararlı hesab edilərək ehtiyata keçiriləcəklər.

 

Bu qərar stomatoloq, dermato veneroloq, psixoloq və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələri tərəfindən müəyyən edilmiş zəruri hallarda qəbul edilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO