“Ölkə başçısının göstərişi ilə Şuşanın Baş Planı üzərində iş çərçivəsində şəhərin yaşıllıq və landşaft strategiyasına xüsusi diqqət ayrılır”.
Bizim.Media xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev sosial şəbəkə hesabında bildirib.
MÖVZU İLƏ BAĞLI:
Yeni Şuşa belə olacaq – FOTO
“Şuşanın təbii meşə və parkları bərpa olunacaq, yeni yaşıl koridorlar, o cümlədən, 8 km-dən çox şəhərətrafı yaşıl halqa yaradılacaq”, - komitə sədri qeyd edib.
O əlavə edib ki, Şuşada 36,2 km yol bərpa olunacaq, 17,6 km yeni yol salınacaq:
“Baş Plan üzərində iş çərçivəsində şəhərin funksional zonalaşdırılması aparılıb, buna əsasən nəqliyyat infrastrukturunun yenilənməsi, küçələrin kateqoriyalaşdırılması, ictimai nəqliyyatın təşkili və s. üzrə təkliflər hazırlanıb”.
Bizim.Media