ÜST-dən ÇAĞIRIŞ: “Antibiotiklərin sərbəst satışına qadağa qoyulmalıdır”

ÜST-dən ÇAĞIRIŞ: “Antibiotiklərin sərbəst satışına qadağa qoyulmalıdır”

Hazırda oxunan: ÜST-dən ÇAĞIRIŞ: “Antibiotiklərin sərbəst satışına qadağa qoyulmalıdır”

3487

Apteklərdə antibiotiklərin həkim tərəfindən təyin olunmadan satışına məhdudiyyət qoyulmalıdır. 

Bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəsi Hande Harmancı Bizim.Media-ya müsahibəsində deyib:

“Hər antibiotik hər mikrobun müalicəsində xeyirli deyil. Bunu ancaq tibb işçiləri təyin edə bilir. Özbaşına, eləcə də mövcud infeksiyaya qarşı uyğun olmayan antibiotiklərin istifadəsi əks təsir göstərir. Mikrobların orqanizmdə daha çox qalmasına səbəb olur”.

''ÜST nümayəndəsi qeyd edir ki, yanlış antibiotik istifadəsindən davamlılıq qazanan mikrobların müalicəsi sonra bir az da çətinləşir''.

''Hətta çox önəmsiz mikroblardan belə insanlar həyatını itirə bilir''.

Hazırda koronavirus xəstələrinin ev şəraitində özlərini antibiotiklərlə müalicə etməyə çalışdığını vurğulayan H.Harmancı bildirir ki, yanlış seçilmiş preparat xəstəliyi daha da ağırlaşdırır. Bu baxımdan antibiotiklərin satışına nəzarət gücləndirilməlidir.

Təranə Mirzəyeva, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO