Xaçmazda türk əsgərlərinə məxsus MƏZARLIQ – Araşdırma niyə dayandırılıb? - FOTOLAR

Xaçmazda türk əsgərlərinə məxsus MƏZARLIQ – Araşdırma niyə dayandırılıb? - FOTOLAR

Hazırda oxunan: Xaçmazda türk əsgərlərinə məxsus MƏZARLIQ – Araşdırma niyə dayandırılıb? - FOTOLAR

34858

Xaçmazın Pirquluoba kəndində tarixi 1918-ci ilə gedib çıxan qanlı bir tarix yatır. Yerli sakinlərin sözlərinə görə, kəndin ərazisindəki 3 hektara yaxın sahədə türk əsgərləri basdırılıb və onlar 1918 -ci ildə ermənilərin Quba qəzasına hücumu zamanı həlak olan türk hərbçiləridir. Bu torpaq sahəsi türk hərbçilərinə sonsuz hörmət səbəbilə heç vaxt əkilməyib, şumlanmayıb.  Bir əsrdən çoxdur ki, bu sahə əhali və rəsmilər tərəfindən qorunur. 

Məzarlıq barədə ilk dəfə 2017-ci ilin iyun ayında bioloq-alim Dilşad Bayramova məlumat verib.
 

MÖVZU İLƏ BAĞLI:

"Azərbaycan 30 ildir ki, Ermənistanın təcavüzü ilə üzləşib" - Leyla Abdullayeva


Onun sözlərinə görə, Xaçmazın Qoçaqlı kəndində meyvə sortlarının genofondunu öyrənmək üçün araşdırma apararkən ona bu haqda  kənd sakinləri məlumat verib. 

Kənd sakinlərinin sakinlərinin müraciəti və Xaçmaz İcra Hakimiyyətinin rəsmi məktubu əsasında 2018-ci ilin iyul ayında Pirquluoba məzarlığında arxeoloji araşdırma başladılıb. İnstitutun şöbə müdiri Qəhrəman Ağayev məzarlıqdakı sümük nümunələrini tibbi ekspertizaya göndərib.

Məhkəmə Tibb Ekspertizasının və Patoloji Anatomiya Birliyində müayinə edilən sümüklərin təxminən bir əsr əvvələ aid  və sümüklərin 17-25 yaş arası gənc insanlara məxsus olması təsdiqlənib. 


Çox əfsuslar olsun ki, hazırda məzarlıqda arxeoloji qazıntılar davam etdirilmir, işlər dondurulub. Kənd sakinləri də bu tarixi məkanda tətqiqatların tezliklə başlanılmasını səbirsizliklə gözləyir. Çünki bura Azərbaycan tarixinə öz xüsusi töhvəsini verə biləcək bir əbədi  məzarlıqdır.

Məsələ ilə bağlı Xaçmaz İH-nin başçısı Elnur Rzayevlə görüşdük.

Elnur müəllim səlahiyyətləri daxilində burada geniş miqyaslı arxeoloji araşdırmaların aparılması üçün köməklik edəcəyinə söz veridi.

Qeyd edək ki, Azərbaycan -Türkiyənin qardaşlığına əyani tarixi nümunə olan Pirquluoba kəndindəki qanlı tarixin geniş tədqiq edilməsinə ciddi ehtiyac var...

Aytəkin Alxaslı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO