Nazir:

Nazir: "Dollar 10 faiz bahalaşacaq"

Hazırda oxunan: Nazir: "Dollar 10 faiz bahalaşacaq"

34791
Dünya bazarında neftin cari qiymət səviyyəsi şəraitində Rusiyada ABŞ dollarının məzənnəsi 62-63 rubla yüksəlməlidir. "RİA Novosti" xəbər verir ki, bu açıqlama ilə iqtisadi inkişaf naziri Maksim Oreşkin çıxış edib.

Nazir bildirib ki, neftin cari qiymət səviyyəsində dollar 60 rubldan baha, təxminən 62-63 rubl olmalıdır: "Bir tərəfdən tədiyyə balansının pisləşməsi, digər tərəfdən uçot dərəcəsinin azaldılması valyuta bazarına təsir edəcək və onu uzunmüddətli tarazlıq səviyyəsinə gətirib çıxaracaq".

Gömrük İdarəsinin statistikasını təhlil edən M.Oreşkin həmçinin qeyd edib ki, ilk rübdə müşahidə olunan 38,3 mlrd. dollarlıq ticarət profisitinə baxmayaraq möhkəmlənən rubl idxalın ötən ilin analoji dövrü ilə müqayisədə 25,5% artmasına səbəb olub. Qarşıdan yay mövsümünün gəldiyini diqqətə alsaq, cari hesab balansının pisləşməsi ehtimal olunur: "Bu da bizə onu deməyə imkan verir ki, dolların hazırkı səviyyəsini bir daha görməyəcəyik".

Qeyd edək ki, hazırda Rusiyada dolların məzənnəsi 57 rubldan bir qədər artıqdır. Yəni, nazirin sözlərinə görə, dolların 10% bahalaşması gözlənilir.(virtualaz.org)
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO