Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva avqustun 29-da Füzuli Beynəlxalq Hava Limanında tikinti işlərinin gedişi ilə tanış olublar.
Bizim.Media xəbər verir ki, aqustun 29-da Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində yenidənqurma işləri yekunlaşan “Qarabağ” hotelinin açılışı olub.
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva açılışda iştirak ediblər.
MÖVZU İLƏ BAĞLI:
Bülbülün ev muzeyi açıldı - ŞUŞADA...
Bununla yanaşı, Şuşa şəhərində dahi Azərbaycan şairi Molla Pənah Vaqifin büstünün açılışı olub. Şuşada dahi Azərbaycan şairi və ictimai-xadimi Molla Pənah Vaqifin muzey-məqbərə kompleksinin də təmir-bərpa və yenidənqurma işlərindən sonra açılışı olub.
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva açılış mərasimində iştirak ediblər, görülən işlərlə tanış olublar.
Şuşa şəhərində görkəmli Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin heykəlinin açılışı da olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Üzeyir Hacıbəylinin Şuşa şəhərindəki ev-muzeyində aparılacaq işlərlə də tanış olublar.
Avqustun 29-da Şuşada “Otel və Konfrans Mərkəzi"nin təməli qoyulub.
Bizim.Media