Avqustun 29-da Kiçik Qafqazın ərazisindən axan Zəyəmçay-Ağbaşlar məntəqəsində suyun səviyyəsi 2 santimetr artıb. Kürəkçay-Çaykənddə dəyişməyib. Gəncəçay-Zurnabadda 4, o cümlədən Böyük Qafqazın ərazisindən axan Vəlvələçay-Təngəaltı və Lənkəran-Astara bölgəsindən axan Təngərüdçay-Vaqo məntəqəsində suyun səviyyəsi isə 1 santimetr azalıb.
Lənkərançay-Sifidor və Viləşçay-Şıxlar məntəqələrində isə suyun səviyyəsində dəyişiklik qeydə alınmayıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən Bizim.Media-ya verilən məlumata görə, Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 3 santimetr artım müşahidə olunub.
MÖVZU İLƏ BAĞLI:
Kür çayı üzərində yeni dəmir yolu körpüsü inşa edilir - FOTO
Hazırda məntəqədə su sərfi saniyədə 67,0 kubmetrə bərabərdir. Bu da ongünlük normanın 55 faizini təşkil edir.
Qanıx çayının Cəlayir məntəqəsində suyun səviyyəsində 2 santimetr azalma qeydə alınıb. Hazırda məntəqədə su sərfi 3,50 kubmetr/saniyə təşkil edir ki, bu da ongünlük normanın 5 faizinə bərabərdir.
Kür-Surra məntəqəsində suyun səviyyəsi 17 santimetr azalaraq 312 santimetr, su sərfi isə saniyədə 81 kubmetr olub.
Kür-Şirvanda suyun səviyyəsi 8 santimetr azalaraq 117, Kür-Bankədə 4 santimetr azalaraq 111, Araz-Novruzluda isə 5 santimetr azalaraq 65 santimetr təşkil edib.
Bizim.Media