Yanğının söndürülməsinə 2 helikopter cəlb OLUNDU - VİDEO      

Yanğının söndürülməsinə 2 helikopter cəlb OLUNDU - VİDEO      

Hazırda oxunan: Yanğının söndürülməsinə 2 helikopter cəlb OLUNDU - VİDEO      

34615

Fövqəladə Hallar Nazirliyinin (FHN) qüvvələri Qəbələ rayonu, Solquca kəndi yaxınlığındakı mürəkkəb relyefli dağlıq ərazidə yanğınla mübarizə tədbirlərini davam etdirir. 

Bizim.Media xəbər verir ki, bu barədə FHN-dən məlumat verilib.

Yanğının genişlənməsinin qarşısının alınması və söndürülməsi məqsədilə ərazidə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti, Mülki müdafiə qoşunları və Şimal-qərb Regional Mərkəzinin müvafiq qüvvələri, Aviasiya dəstəsinin 2 ədəd helikopteri, eləcə də Ekologiya və Təbii Sərvətlər Nazirliyi Meşə Təsərrüfatı Mərkəzinin əməkdaşları yanğınla mübarizə tədbirlərini həyata keçirirlər. 

Ərazinin mürəkkəb relyefli, havanın isə mütəmadi güclənən küləkli olması yanğınla mübarizə tədbirlərini çətinləşdirsə də yanğının söndürülməsi istiqamətində işlər fasiləsiz olaraq davam etdirilir.

Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO