Bakı şəhəri Hüseynqulu Sarabski adına 7 nömrəli Uşaq Musiqi Məktəbinin direktoru Мehriban Əsgər qızı Rüstəmova barəsində cinayət işi başlanılıb.
Bizim.Media-nın məlumatına görə, M.Rüstəmova dövlət əmlakını xüsusilə külli miqdarda mənimsəmədə təqsirləndirilir.
İş üzrə zərərçəkən şəxs qismində Mədəniyyət Nazirliyi tanınıb. Dəymiş zərər yarım milyon manatdan çoxdur.
M.Rüstəmova barəsində Cinayət Məcəlləsinin 179.4-cü (mənimsəmə, xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham verilib.
Onun barəsində başlanan cinayət işinin istintaqı başa çatıb və baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Cinayət işi hakim İlham Mahmudovun icraatına verilib. (APA)
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
11:00 / 25.11.2020
Bakıda məktəb direktoruna yarım milyon manatlıq ittiham: Cinayət işi açıldı
Hazırda oxunan: Bakıda məktəb direktoruna yarım milyon manatlıq ittiham: Cinayət işi açıldı
Hazırda oxunan: Bakıda məktəb direktoruna yarım milyon manatlıq ittiham: Cinayət işi açıldı
3458
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.