Qızılağac qoruğunda baş verən yanğın söndürüldü

Qızılağac qoruğunda baş verən yanğın söndürüldü

Hazırda oxunan: Qızılağac qoruğunda baş verən yanğın söndürüldü

34547

Lənkəran şəhərinin Balıqçılar qəsəbəsində Qızılağac Dövlət Təbiət Qoruğu ərazisində baş verən yanğın söndürülüb.

Fövqəladə Hallar Nazirliyindən Bizim.Media-ya verilən məlumata görə, yanğın zamanı 30 ha sahədə quru ot və kol-kos yanıb.

Yanğın Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri, Mülki Müdafiə Qoşunlarının şəxsi heyəti, Xüsusi Riskli Xilasetmə Xidmətinin və Cənub Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri tərəfindən söndürülüb.

Ərazinin qalan hissəsi yanğından mühafizə olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO