Araşdırmalar zamanı məlum olub ki, həmin gənc tanınmış iş adamı Füzuli Fərəcovun oğludur.
BiG.AZ "MOHİTO” və "PARODİSE” klublarının, Novxanıdakı "Kalyon” restoranının sahibi olan F.Fərəcov haqqında özəl məlumatlar əldə edib.
Əslən Naxçıvandan olan Fizuli Fərəcov Bakıda Bentli Fizuli kimi tanınır. Buna səbəb, iş adamının şəhərdə ilk "Bentley” sürən kimi tanınmasıdır.
Bakıxanov qəsəbəsində yerləşən, iş adamına məxsus "Texas” restoranına görə, el arasında Texas Fizuli kimi də tanınır.
Son zamanlar isə Bakıxanov qəsəbəsində inşa etdiyi 3 mərtəbəli "Mohito” və Binəqədi rayonu Dağıstanlı küçəsində tikdirdiyi 3 mərtəbəli "Paradise” gecə klubu ilə məşhur idi.
Dəbdəbəli gecə həyatı ilə gündəmdə olan bu klublarda Bentli Fizuli hər axşam başına gənc xanımları yığaraq səhərəcən çəkən eyş-işrət məclislərinin həvəskarıdır.
Bir neçə ay öncə oğluna bahalı maşın alan iş adamı - oğlu Ağaəlinin kirvəsi olaraq Osman İsayevin adını çəkərək də qürrələnirdi.
İnteryeri Swarovski daşlarla bəzədilmiş "Paradise” klubunun tikintisi iş adamına bir neçə milyona başa gəlib.