3 ay əvvəl qohumunu qətlə yetirən şəxsin cinayət işi məhkəməyə göndərildi

3 ay əvvəl qohumunu qətlə yetirən şəxsin cinayət işi məhkəməyə göndərildi

Hazırda oxunan: 3 ay əvvəl qohumunu qətlə yetirən şəxsin cinayət işi məhkəməyə göndərildi

34364

Ağstafa rayonunda qohumunu qətlə yetirən şəxsin cinayət işi baxılmaq üçün məhkəməyə göndırilib.

Ağstafa Rayon Prokurorluğundan Bizim.Media-ya verilən məlumatda bildirilib ki, xəbər verildiyi kimi, mayın 15-də saat 23 radələrində Ağstafa rayonu Köçəsgər kənd sakini Ələkbərova Çiçək Əli qızına məxsus üzərində xəsarət izləri olan meyitinin yaşadığı evdə aşkar edilməsi faktı ilə bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə rayon prokurorluğunda başlanmış cinayət işi üzrə istintaq tamamlanıb.

Məmmədov Tural Bayram oğlu şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı Çiçək Ələkbərovanı qəsdən öldürüb.

Tural Məmmədov Cinayət Məcəlləsinin 120.2.11 (quldurluq, hədə-qorxu ilə tələb etməklə əlaqədar adam öldürmə), 181.2.3 (quldurluq, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz olaraq girməklə törədildikdə), 181.3.3 (zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmaqla quldurluq) və 29, 186.2.2-ci (əmlakı qəsdən məhv etmə və ya zədələmə yandırmaqla, partlatmaqla və ya başqa ümumi təhlükəli üsulla törədilməsinə cəhd) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO