Şuşaya səfər edənlər Cıdır düzündə oldular - FOTO

Şuşaya səfər edənlər Cıdır düzündə oldular - FOTO

Hazırda oxunan: Şuşaya səfər edənlər Cıdır düzündə oldular - FOTO

34306

Prezidentin Şuşa rayonunda xüsusi nümayəndəliyi və Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin təşkilatçılığı bir qrup Şuşa sakininin 30 ildən sonra doğma şəhərinə səfəri başlayıb.

Bizim.Media xəbər verir ki, şuşalılar ilk olaraq Cıdır düzündə olublar.

Onlar Cıdır düzünü gəzib, ötən günləri yada salıb, xatirələrini bölüşüblər.

Qeyd edək ki, Şuşaya səfər edən 52 sakini Qala divarları, Gəncə qapısı, şəhərin simvolları olan və Ermənistan Silahlı Qüvvələrinin 1992-ci ildə Şuşanı işğal edərkən gülləbaran etdikləri Üzeyir Hacıbəyli, Xurşidbanu Natəvan, Bülbülün heykəllərini, Yuxarı və Aşağı Gövhər Ağa məscidlərini, həmçinin öz evlərini də ziyarət edəcəklər.

Qeyd edək ki, şuşalıların ilk səfəri 19 avqust tarixində baş tutmuş, 50 sakin 29 illik ayrılıqdan sonra öz doğma şəhərlərini görmək imkanı qazanmışdı. (APA)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO