Xəbər veridyimiz kimi, dünən gecə Xaçmaz Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin keçmiş rəisi Əliağa Əsgərbəyli əmisi Rövşən Əlağa oğlu Əsgərbəyli tərəfindən bıçaqlanıb.
Bizim.Media hadisənin bəzi təfərrüatlarını öyrənməyə çalışıb.
Əldə etdiyimiz məlumata görə, hadisə 61 yaşlı Rövşən Əsgərbəylinin evində baş verib. Əmi onun evinə öyüd-nəsiyyət üçün gələn 47 yaşlı qardaşıoğlu Əlağa Əsgərbəylinin qarın boşluğundan bir neçə dəfə əlindəki bıçaqla zərbə endirib.
Qarın nahiyəsindən bir neçə bıçaq zərbəsi alan Əlağa Əsgərbəyli Xaçmaz rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və dərhal cərrahiyyə əməliyyatı edilib.
Daha sonra əmi Rövşən Əsgərbəyli evdəki ov tüfəngi ilə özünü başından güllələyərək intihar edib. Əldə etdiyimiz məlumata görə, qanlı olaya əmi və qardaşoğlu arasında baş verən ailə-məişət zəminindəki mübahisə səbəb olub.
Hadisə ilə bağlı Xaçmaz rayon prokurorluğunda bıçaqlanma və intihar faktının araşdırılmasına başlanılıb.
Aytəkin Alxaslı, Bizim.Media