Şəhid ailələrinin diqqətinə: Mənzil növbəsi üçün yeni ELEKTON XİDMƏT

Şəhid ailələrinin diqqətinə: Mənzil növbəsi üçün yeni ELEKTON XİDMƏT

Hazırda oxunan: Şəhid ailələrinin diqqətinə: Mənzil növbəsi üçün yeni ELEKTON XİDMƏT

0:00
0:00
34158

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi şəhid ailələri və müharibə əlillərinin mənzil növbəliliyi barədə məlumatların rayon (şəhər) İcra Hakimiyyətləri tərəfindən Agentliyə elektron formada təqdim edilməsi məqsədilə yeni e-xidmət istifadəyə verib.

Bu barədə informasiyanı Bizim.Media Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat katibi Fazil Talıbova istinadən yayıb.

O bildirib ki, qeyd olunan e-xidmət vasitəsilə imtiyazlı şəxslərin mənzil növbəsinə qeydiyyatı prosesi artıq elektronlaşdırılıb.

Belə ki, rayon (şəhər) İcra Hakimiyyətlərinin əməkdaşları qeyd olunan vətəndaşların mənzil növbəsinə götürülməsi üçün tələb olunan məlumatları və sənədləri yerindəcə həmin e-xidmət üzərindən sistemə daxil edərək doğruluğunu təsdiq edəcəklər.
 

Bununla elektron qaydada növbəyəalınma prosesi bitməklə həmin məlumatlar əsasında Sosial Xidmətlər Agentliyi tərəfindən mənzillə təminat prosesinin həyata keçirilməsi üçün müvafiq işlər aparılacaq.


Mənzil növbəsinə qeydiyyatın elektronlaşdırılması bu sahədə müasir və şəffaf iş prinsiplərinin, operativliyin təminatına xidmət edəcək. Həmin e-xidmət üzərindən növbəti mərhələdə mənzillə təmin edilən imtiyazlı şəxslər barədə də məlumatlar daxil ediləcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO