40 məntəqədə elektromobillər üçün şarj aparatı quraşdırılacaq – RƏSMİ - ÖZƏL

40 məntəqədə elektromobillər üçün şarj aparatı quraşdırılacaq – RƏSMİ - ÖZƏL

Hazırda oxunan: 40 məntəqədə elektromobillər üçün şarj aparatı quraşdırılacaq – RƏSMİ - ÖZƏL

34028

İlin sonuna qədər SOCAR-ın bütün yanacaqdoldurma məntəqələrində elektromobillərin şarj olunması üçün avadanlığın quraşdrılması nəzərdə tutulub.

Bunu Bizim.Media-ya açıqlamasında “SOCAR Petroleum” QSC nin mətbuat katibi Üzeyir Həbibbəyli bildirib.

Onun sözlərinə görə, hələ ki, SOCAR-ın yalnız bir - Bibiheybət Məscidinin yaxınlığında yerləşən məntəqəsində bu cür avadanlıq quraşdırılıb və bu ümidləri doğruldub. İlin sonuna qədər isə ölkə üzrə yerləşən 40 məntəqənin hamısında sözügedən avtomobillərin sahibləri bu imkandan yararlana biləcəklər.
 

Bəs, hidrogenlə işləyən avtomobillər üçün imkanların yaradılması nəzərdə tutulurmu? 


Sualı cavablandıran QSC sözcüsü hələ ki, hidrogenlə işləyən avtomobillər üçün avadanlıqların quraşdırılmasının nəzərdə tutulmadığını deyib: 

“Hidrogenlə işləyən avtomobillərlə bağı nə bir qərar, nə də layihə yoxdur. Hələ ki, bizim məntəqələrimizdə ənənəvi yanacaqdan başqa sıxılmış təbii qaz, maye qaz və elektromobillərin şarj olunması üçün imkanlar var”.
 

Qeyd edək ki, dünyanın inkişaf etmiş ölkələrində sürətlə ənənəvi yanacaqla işləyən avtomobillərdən imtina edilir.


Qonşi Rusiyada da hidrogenlə işləyən avtomobillər üçün 2025-ci ildə ilk 100 yanacaqdoldurma məntəqəsinin istifadəyə verilməsi nəzərdə tutulur. 2030-cu ilədək isə ölkədə hidrogenlə işləyən avtomobillər üçün  yanacaqdoldurma məntəqələrinin sayı 1000 çatacaq. 
 

MÖVZU İLƏ BAĞLI:

Tesla sürücülərini gözləyən gizli təhlükə - 5 ilə sıradan çıxa bilər


Azərbaycanda isə hələ ki, hidrogenlə işləyən və elektrik mühərikli avtomobillərdən geniş istifadə olunmur.

Xatirə Nəsirli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO