Bakıda

Bakıda "Range Rover" sürücüsü 800 manatlıq qayda pozdu – VİDEO

Hazırda oxunan: Bakıda "Range Rover" sürücüsü 800 manatlıq qayda pozdu – VİDEO

34001

Bakıda qadağan olunmuş çoxavazlı səs siqnalı ilə əhalinin dincliyini pozan sürücünün videosu sosial şəbəkədə yayılıb. 

Bizim.Media xəbər verir ki, 10-NK-019 qeydiyyat nişanlı "Range Rover" markalı avtomobilin sürücüsü paytaxtın müxtəlif küçə və prospektlərində səs siqnalından istifadə edərək özünü videoya çəkib, daha sonra həmin videonu sosial şəbəkədə paylaşaraq izləyici kütləsi yığmağa çalışıb.

Xatırladaq ki, çoxavazlı səs siqnallarından istifadə edən sürücülər barəsində qanunda çox ciddi pul sanksiyası nəzərdə tutulub. 

Belə ki, İnzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsində qeyd olunub ki, əhalinin dincliyini nümayişkaranə şəkildə pozan səs siqnallarından istifadə edilməsinə görə beş yüz manatdan səkkiz yüz manatadək məbləğdə cərimə nəzərdə tutulub.

Bizim.Media 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO