Ağdaşda qəza oldu - FOTO 

Ağdaşda qəza oldu - FOTO 

Hazırda oxunan: Ağdaşda qəza oldu - FOTO 

33921

Bakı-Qazax magistral yolunun Ağdaş rayonunun Ləki qəsəbəsindən keçən 260-cı kilometrliyində avtonəqliyyat qəzası olub. 

Bizim.Media xəbər verir ki, hadisə sərnişin daşıyan “Ford”, “VAZ 2106” və yük daşıyan “Ford” markalı avtomobillərin toqquşması nəticəsində olub. 23 yaşlı Şəmkir sakini Murad Əliyevin idarə etdiyi yük daşıyan “Ford” eyni istiqamətdə hərəkətdə olan 40 yaşlı Gədəbəy sakini Şöhrət İsmayılovun idarə etdiyi sərnişin daşıyan “Ford” mikroavtobusu və “VAZ 2106” ilə toqquşub.

Nəticədə “VAZ 2106”-nın sürücüsü yaralanıb və xəstəxanaya aparılıb. Zərbənin təsirindən “VAZ 2106” yararsız hala düşüb. 

Faktla bağlı araşdırma aparılır.

Bizim.Media





© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO