BŞİH-in keçmiş Aparat rəhbəri məhkəmədə ifadə verdi: “Ramiz Mehdiyevin...”

BŞİH-in keçmiş Aparat rəhbəri məhkəmədə ifadə verdi: “Ramiz Mehdiyevin...”

Hazırda oxunan: BŞİH-in keçmiş Aparat rəhbəri məhkəmədə ifadə verdi: “Ramiz Mehdiyevin...”

33884

Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) keçmiş Aparat rəhbəri Rasim Quliyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Bizim.Media xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqının başlandığı elan edilib. 

Prokuror ittiham aktını elan etdikdən sonra Rasim Quliyevə söz verilib.

Rasim Quliyev ifadəsində barəsində elan olunan ittihamlarla özünü təqsirli bilmədiyini deyib. O, ittiham olunduğu maddələr üzrə sübutlar və digər sənədlərlə istintaqın qənaətinin əsassız olduğunu bildirib.

R. Quliyev 2017-ci ilin sentyabr ayında BŞİH başçısının müavini Rauf Pənahovun vəfat etməsi ilə əlaqədar olaraq müavin səlahiyyətlərinin icrasının müvəqqəti olaraq ona həvalə edildiyini deyib.

O, 21 aprel 2018-ci il tarixdə Hacıbala Abutalıbovun Baş nazirin müavini vəzifəsinə təsdiq edilməsindən sonra BŞİH-nin fəaliyyətinə rəhbərlik etməyə başladığını qeyd edib.
 

Rasim Quliyev ifadəsində onu da bildirib ki, onun vəzifə səlahiyyətlərinin icrasına başlaması üçün o vaxt Azərbaycan Respublikası Prezident Administrasiyasının rəhbəri olan Ramiz Mehdiyevin razılığı olmayıb.


Rasim Quliyev hazırkı prosesdəki ifadəsində vəzifə səlahiyyətlərindən sui-istifadə maddəsi (308.2) üzrə ittihamla da razılaşmayıb.

Növbəti proses avqustun 30-a təyin edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO