Bu gündən DOST mərkəzlərində vahid əlaqələndirmə mərkəzləri fəaliyyətə başlayır

Bu gündən DOST mərkəzlərində vahid əlaqələndirmə mərkəzləri fəaliyyətə başlayır

Hazırda oxunan: Bu gündən DOST mərkəzlərində vahid əlaqələndirmə mərkəzləri fəaliyyətə başlayır

33810

Prezident İlham Əliyevin Fərmanına əsasən, ilkin olaraq Bakıdakı DOST mərkəzlərində yaradılan vahid əlaqələndirmə mərkəzlərində bu gündən qəbula başlanılır.

Bizim.Media xəbər verir ki, ilk mərhələdə 44 günlük Vətən müharibəsi şəhidlərinin ailə üzvlərinin, bu müharibədə xəsarət almış hərbi qulluqçuların və həmin müharibə ilə əlaqədar əlilliyi müəyyən olunmuş şəxslərin müraciətləri qəbul ediləcək.

Vahid əlaqələndirmə mərkəzləri:

• Yasamal, Səbail və Qaradağ rayonları üzrə 1 saylı Bakı DOST Mərkəzində (Yasamal rayonu, İ.Qutqaşınlı küçəsi, 86),

• Xəzər və Pirallahı rayonları üzrə 2 saylı Bakı DOST Mərkəzində (Xəzər rayonu, Şüvəlan qəsəbəsi, A.İldırım küç., 30 b),

• Nizami, Xətai, Sabunçu və Suraxanı rayonları üzrə 3 saylı Bakı DOST Mərkəzi (Nizami rayonu, Heydər Əliyev prospekti, 183 b.)

• Binəqədi, Nəsimi və Nərimanov rayonları üzrə 4 saylı Bakı DOST Mərkəzində (Binəqədi rayonu, Ziya Bünyadov prospekti, 31-03) fəaliyyət göstərir.

Mərkəzlərdə 7 dövlət orqanı üzrə 26 istiqamətdə xidmətlər vahid məkandan, operativ, şəffaflıq, nəzakətlilik, məsuliyyət və rahatlıq prinsipləri əsasında təqdim ediləcək.

Növbəti mərhələdə vahid əlaqələndirmə mərkəzlərində bütün şəhid ailələrinin, müharibədə xəsarət almış hərbi qulluqçuların və müharibə əlillərinin müraciətləri qəbul ediləcək. Hazırda ölkəmizin digər bölgələrində də vahid əlaqələndirmə mərkəzlərinin qurulması işləri davam etdirilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO