Sabir Rüstəmxanlı: “Avtobuslarda sıxlıqdır, metro açılmalıdır”

Sabir Rüstəmxanlı: “Avtobuslarda sıxlıqdır, metro açılmalıdır”

Hazırda oxunan: Sabir Rüstəmxanlı: “Avtobuslarda sıxlıqdır, metro açılmalıdır”

3379

“İnsanlar yoxlama işinin bahalı olduğunu nəzərə alaraq, çox zaman testdən keçmirlər”.

Bizim.Media-nın məlumatına görə, Milli Məclisin bu gün keçirilən iclasında deputat Sabir Rüstəmxanlı belə deyib.

Millət vəkili qeyd edib ki, adamların imkanı olmadığı üçün testdən keçmirlər və yoluxma halları artır:

“Bu, nəzərə alınmalıdır. Bundan başqa, pik saatlarda avtobuslara yaxın düşmək mümkün deyil. Elə bil, hər dayanacaqda mitinq gedir. Metronu açmaq bu işi asanlaşdırar. Əlaqədar qurumlar bunu nəzərə alsalar yaxşı olar”.

Sədr Sahibə Qafarova isə bildirib ki, ötən iclasların birində deputat Soltan Məmmədov testlərin pulsuz olduğunu demişdi.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO