DİN qazinin döyülməsi barədə araşdırmalara başlayıb

DİN qazinin döyülməsi barədə araşdırmalara başlayıb

Hazırda oxunan: DİN qazinin döyülməsi barədə araşdırmalara başlayıb

33748

Qəbələ polisi müharibə qazisinin döyülməsi ilə bağlı araşdırmalara başlayıb. 

Bizim.Media xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan məluat verilib. 

Belə ki, sosial şəbəkələrdə Qəbələ rayonu Nic qəsəbə sakini, qazi Ruslan Muradovun döyülməsi ilə bağlı iddialar yayılıb.
 

MÖVZU İLƏ BAĞLI:

DİN-dən qazinin döyülməsi barədə iddialara CAVAB


DİN-dən verilən məlumata görə, R.Muradovun döyülməsi ilə bağlı Polis Şöbəsinə özü, yaxud yaxınları tərəfindən hər hansısa bir şikayət xarakterli müraciət daxil olmayıb. 

Yayılan görüntülər əsasında o, polisə dəvət olunub və şikayətinin olub-olmadığı öyrənilib.

R.Muradov isə Samir adlı şəxs və onun qohumu tərəfindən döyüldüyünü bildirib, barələrində qanuni tədbir görülməsini xahiş edib.  

Hazırda həmin müraciət əsasında araşdırma aparılır. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO