Regionlardakı aeroportlar niyə tam gücü ilə istifadə olunmur? - Ekspert RƏYİ

Regionlardakı aeroportlar niyə tam gücü ilə istifadə olunmur? - Ekspert RƏYİ

Hazırda oxunan: Regionlardakı aeroportlar niyə tam gücü ilə istifadə olunmur? - Ekspert RƏYİ

0:00
0:00
33639

Azərbaycanın regionlarında hava limanlarının mövcud olması bəzi hallarda unudulur. 
Naxçıvan hava limanını çıxmaq şərtilə Azərbaycanda sərnişin daşınmasının təxminən 90 faizi Bakı beynəlxalq hava limanının payına düşür.

Halbuki, qonşu Gürcüstanda regional hava limanlarının da səmərəli fəaliyyəti ölkədə turizmin inkişafına xüsusi töhvə verir.

Azərbaycanda da bir neçə saata regionlardan birində olaraq, həftəsonu istirahət edərək, qayıtmağı arzulayanlar çoxdur. Vətəndaşlarımızı bu imkandan məhrum edən səbəblər nədir

İqtisadçı Razi Abbasbəyli Bizim.Media-ya açıqlamasında bildirdi ki, hava limanları ölkənin siyasi, hərbi, beynəlxalq statusuna xidmət edən amillərdən biridir: 

“Hazırda Lənkəran, Gəncə, Qəbələ hava limanları Azərbaycan iqtisadiyyatına xeyir gətirməyə bilər, onlar dotasiya vasitəsilə saxlanıla bilər, amma bu aeroportların mövcudluğu ölkənin dünya miqyasında siyasi və iqtisadi nüfuzuna xidmət edir”. 

İqtisadçının sözlərinə görə, hava limanlarının fəaliyyətinin səmərəliliyinə görə, Azərbaycan beynəlxalq hesabatlarda 189 ölkə arasında müxtəlif illərdə 160-150-ci yerləri tutub: 

“Qiymətlər kifayyət qədər yüksəkdir, həm ölkədaxili, həm də Azərbaycan üzərindən üçüncü ölkəyə sərnişindaşımaları  baxımından çox geri qalırıq. Kutaisi hava limanının Qəbələ hava limanından bir neçə dəfə kiçik olmasına baxmayaraq, onun gəlirləri az qala Bakı Beynəlxalq Hava Limanının gəlirlərinə bərabərdir. Bu əlbəttə ki, AZAL-ın qiymət siyasətinin nəticəsidir”. 
 

MÖVZU İLƏ BAĞLI:

AZAL-la bağlı İnvestisiya Holdinqə şikayət - Ölkəyə Aşağıbüdcəli aviaşirkətlər gətiriləcək


Razi Abbasbəyli dedi ki, hava nəqliyyatı sahəsində bir sıra islahatlar aparılmasına ciddi ehtiyac var: 

“Qiymətlər ucuzlaşmalı, sərbəst rəqabət imkanları yaradılmalı, beynəlxalq uçuşları həyata keçirilən şirkətlər ölkəyə dəvət olunmalıdır.  Beynəlxalq uçuşlar, sərnişindaşımalar, yükdaşımalara bağlı normativ hüquqi aktlara yenidən baxılmasına ehtiyac var”.  

Xatirə Nəsirli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO