2021-ci ilin iyulun 1-i vəziyyətinə yaşa görə müavinət alanların sayı 109,2 min (ötən ilin iyulun 1-i vəziyyətinə 98,7 min) nəfər, əlilliyə görə - 158,5 min (müvafiq olaraq 183,2 min) nəfər, ailə başçısını itirməyə görə - 48,8 min (48,3 min) nəfər, sağlamlıq imkanları məhdud olduğuna görə müavinət alan 18 yaşınadək uşaqların sayı 54,4 min (63,7 min) nəfər, digər müavinət növlərini alanların sayı isə 23,7 min (29,1 min) nəfər olub.
Bizim.Media xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Valideynlərini itirən və valideyn himayəsindən məhrum olan uşaqların 232 nəfər qəyyumuna aylıq müavinət verilib.
MÖVZU İLƏ BAĞLI:
Müavinətlər nə vaxt veriləcək?
Bundan əlavə, müxtəlif kateqoriyalı şəxslərin 8,7 min ailəsinə 13,3 min uşaq üçün, beşdən çox uşağı olan 2,4 min qadına 9,2 min uşaq üçün aylıq müavinət, əmək xəsarəti və ya peşə xəstəliyi nəticəsində zərərçəkən 341 şəxsə isə kompensasiya verilib.
Cari ilin ilk altı ayı ərzində məcburi dövlət sosial sığorta haqları hesabına verilənlər istisna olmaqla, 32,9 min ailəyə 33,6 min uşağın anadan olmasına görə, radiasiya qəzası nəticəsində zərər çəkmiş 3,9 min şəxsə müalicə üçün və penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş 3,2 min nəfərə birdəfəlik müavinətlər verilib.
Bizim.Media