Kofeinin tərkibi kokain və heroinlə eynidir – MARAQLI FAKTLAR

Kofeinin tərkibi kokain və heroinlə eynidir – MARAQLI FAKTLAR

Hazırda oxunan: Kofeinin tərkibi kokain və heroinlə eynidir – MARAQLI FAKTLAR

33535

Nyu-Cersinin Kreskill şəhərində bütün pişiklərin boynunda 3 zınqırov olmalıdır ki, quşlar onların yerini bilsin.

Bizim.Media xəbər verir ki, idman yarışlarında qızların əllərində oynatdığı parça kimi əşyaların adı pipidastrdır. 
 

MÖVZU İLƏ BAĞLI:

Gülməyin FAYDALARI - FOTO


Akulalar doğuşdan qabaq da təhlükəlidirlər. Alim Stüart Sprinqer araşdırma apararkən onun əlini hamilə akulanın bətnindəki embrion dişləyib. 

Timsahın çənəsindən qurtulmaq üçün böyük barmaqlarla onun gözlərinin bəbəyini sıxmaq lazımdır. 

Kolibri yeganə quşdur ki, arxası üstdə də uça bilir. 

Hər 4-cü amerikalını televizorda göstəriblər. 

Xeops piramidasının plitələrinin arasında ülgüc də salmaq olmur. 

Sürücülər ovçulardan çox maral öldürür. 

Siçovul 5-ci mərtəbədən yerə düşüb xəsarət almaya bilər.

Bir damcı alkoqol əqrəbi o qədər dəli edir ki, o özünü ölənə qədər sancır.

Ən böyük mirvarinin çəkisi 6 kiloqramdır. 

1913-cü ilə qədər ABŞ qanunvericiliyində uşaqları poçtla yollamaq icazəsi vardı.

Qədim yunanların dilində dini ifadə edən, din sözü olmayıb.

Kofeinin tərkibi kakain və heroinin tərkibindəki elementlərdən ibarətdir.

Həkimlərin anlaşılmaz xəttinə görə Amerikada hər il 7 min insan ölür.

Orta ölçüdə buludun çəkisi 500 tondur. Bu isə 80 fil ağırlığı deməkdir.

Qadınlar endirimdə olan malların 80 faizini alırlar.

Doğum günündə ölmək ehtimalı başqa günlərdən daha çoxdur.

Amerikada ən çox oğurlanan kitab İncildir.

Səudiyyə Ərəbistanında çay yoxdur. 

Antraktidada isə bir çay var, onun da adı Oniksdir. İldə cəmi 60 gün axır.

Hər gün 60 nəfər milyonçu olur.

Pişiklər həyatlarının yarıdan çoxunu yatırlar.

Limonda şəkər çiyələkdən çoxdur.

Başqa maraqlı faktlar da olacaq. Bizi oxuyun.

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO