Karantin rejimi həm də insanların bəzi steriotiplərdən uzaqlaşmasına səbəb olub.
Bizim.Media xəbər verir ki, Məhərrəmlik ayında toyların sayındakı artım buna misal olaraq göstərilə bilər.
Xatırladaq ki, rəsmi açıqlamaya görə, təkcə aşura günündə ölkə ərazisində 7 toy mərasimin keçirilməsi qeydə alınıb. Məhərrəmlik daxil olandan isə çoxsaylı toy mərasimlərinin baş tutması sirr deyil.
Bu, mühafizəkarların sərt qınağına səbəb olsa da, toy edənləri dəstəkləyənlər də az deyil.
Maraqlıdır, Məhərrəmlikdə toy mərasimləri əsasən ölkənin hansı rayon və ya bölgələrində baş tutub?
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən yayılan monitorinq məlumatlarına nəzər saldıqda isə son on gün ərzində toy mərasimlərindəki qanun pozuntuları Bakı, Sumqayıt şəhərlərində, Qax və Ağstafa rayonlarında qeydə alınıb.
Bizim.Media