Rafael Cəbrayılova borc verən şəxslər ifadə verdilər – ŞOK RƏQƏMLƏR

Rafael Cəbrayılova borc verən şəxslər ifadə verdilər – ŞOK RƏQƏMLƏR

Hazırda oxunan: Rafael Cəbrayılova borc verən şəxslər ifadə verdilər – ŞOK RƏQƏMLƏR

33377

Milli Məclisin sabiq deputatı Rafael Cəbrayılovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Bizim.Media xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən iclasda zərərçəkmiş şəxslər ifadə verib.

Zərərçəkmiş qismində çıxış edənlər ifadələrində Rafael Cəbrayılova müxtəlif vaxtlarda pul verdiklərini, lakin sabiq deputatın pulu qaytarmadığını bildiriblər.
 

MÖVZU İLƏ BAĞLI:

Sabiq deputat Rafael Cəbrayılov həbs edildi - RƏSMİ


Zərərçəkmiş Yusif Orucov sabiq deputatla 2015-ci ildə onun avtomobilində görüşdüyünü və ona 100 min dollar verdiyini deyib.

Digər zərərçəkmiş Şəfanə Məmmədova isə ifadəsində 10 min dolları artıqlaması ilə pulu geri almaq şərti ilə R.Cəbrayılova 50 min dollar verdiyini deyib.

Zərərçəkmiş Sənan Ağamirov isə bildirib ki, o, sabiq deputata ümumilikdə 45 min dollar verib və həmin pulun 12 min dollarını geri ala bilməyib.

Məlahət Qurbanova sabiq deputata 561 min manat verdiyini və bu məbləğin 169 min manatını geri aldığını deyib.

Daha sonra R.Cəbrayılov zərərçəkmişlərin ifadələrinin düzgün olmadığını deyərək bildirib ki, onlardan pulları 2,5 faizlə borc kimi alıb və əksəriyyətini də geri qaytarıb.

Növbəti proses sentyabrın 2-nə təyin olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO