Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva işğaldan azad olunmuş Ağdam şəhərinə səfər edib.
Bizim.Media xəbər verir ki, bu barədə Mehriban Əliyevanın rəsmi instaqram səhifəsində məlumat verilib.
Birinci xanım Mehriban Əliyeva etdiyi paylaşımında "Azərbaycan bayrağına, Azərbaycan əsgərinə, Azərbaycan xalqına eşq olsun!”, -deyə qeyd edib.
M.Əliyevanın paylaşdığı videoda Prezident İlham Əliyev dalğalanan bayrağı göstərərək, "Qaldırdığım bayraq! Eşq olsun!" söyləyir.
Bizim.Media