Bu gün Aşuradır

Bu gün Aşuradır

Hazırda oxunan: Bu gün Aşuradır

33307

Bu gün Azərbaycanda Aşura günüdür.

Bizim.Media xəbər verir ki, Məhərrəm ayının 1-i Miladi təqvimlə avqust ayının 10-da başladığından, Məhərrəm ayının 10-u, yəni Aşura günü avqustun 19-na təsadüf edir.

Qafqaz Müsəlmanları İdarəsi Qazılar Şurası və səlahiyyətli nümayəndələrinin Məhərrəm ayının başlaması ilə əlaqədar müraciətində bildirilib ki, Məhərrəm ayının Aşura günü İmam Hüseyn əleyhissəlamın ailəsi və səhabələri ilə birlikdə Haqq uğrunda şəhadətə yetişdiyi gün kimi İslam tarixinə faciəvi, eyni zamanda, qürurverici hadisə kimi daxil olub.
 

MÖVZU İLƏ BAĞLI:

Aşurada niyə hədik bişirirlər? – Möcüzəvi FAYDALARI


Qeyd olunub ki, Məhərrəmlik bu il də dünyada davam edən koronavirus bəlası ilə əlaqədar müvəqqəti məhdudiyyətlər şəraitində keçirilir:

"Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, sosial məsafənin təmini mümkün olmayan kütləvi mərasimlərdə virusa yoluxma sayının artma təhlükəsini nəzərə alaraq, Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurası və səlahiyyətli nümayəndələri tövsiyə edir ki, bu il Məhərrəmlik dönəmində məscid və ziyarətgahlarda ibadətlərin və mərasimlərinin karantin qaydalarına uyğun olaraq keçirilməsi vacibdir".

Aşura günü ilə əlaqədar qanvermə aksiyaları paytaxt Bakı ilə yanaşı, bölgələrdə də keçiriləcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO