TƏBİB-in səyyar vaksinasiyası - Peyvəndi avtobusda da vurdura bilərsiniz

TƏBİB-in səyyar vaksinasiyası - Peyvəndi avtobusda da vurdura bilərsiniz

Hazırda oxunan: TƏBİB-in səyyar vaksinasiyası - Peyvəndi avtobusda da vurdura bilərsiniz

33258

TƏBİB-in təşkilatçılığı ilə həyata keçirilən səyyar vaksinasiya briqadaları fəaliyyətini davam etdirir.

Qurumdan Bizim.Media-ya bildirilib ki, ölkədə koronavirusa qarşı aparılan vaksinasiya prosesinin daha da sürətləndirilməsi, vətəndaşların peyvəndə əlçatanlığının təmini edilməsi məqsədilə səyyar vaksinasiya briqadaları bundan sonra mobil avtobuslar vasitəsilə də xidmət göstərəcəklər.

Artıq paytaxtın bir neçə ərazisində səyyar avtobus məntəqələrində peyvəndlənməyə başlanılıb.

Vaksin məntəqələrinin ünvanları: Abbas Mirzə Şərifzadə küçəsi (3 saylı ASAN xidmət-in yaxınlığı) və Əsəd Əhmədov küçəsi, Bravo ticarət mərkəzi ilə üzbəüz (Qismət şadlıq sarayının yaxınlığı).
 

Səyyar tibb məntəqələri həftənin 6 günü saat 9:00-dan 19:00 -a kimi fəaliyyət göstərəcək.


"Hər bir vətəndaşımızdan özünü və ətrafındakıları qoruması üçün vaksin olunmasını xahiş edirik", - TƏBİB-dən bildirilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO