Təhsil Nazirliyindən valideynlərin vaksin olunması ilə bağlı AÇIQLAMA

Təhsil Nazirliyindən valideynlərin vaksin olunması ilə bağlı AÇIQLAMA

Hazırda oxunan: Təhsil Nazirliyindən valideynlərin vaksin olunması ilə bağlı AÇIQLAMA

33255

Təhsil Nazirliyi valideynlərin vaksin olunması ilə bağlı nazirlik tərəfindən xüsusi tələbin olması ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib.
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycanda neçə məktəb təmir edilir? – Rəsmi CAVAB


Bizim.Media-nın məlumatına görə, nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Cəsarət Valehov bildirib ki, valideynlərin vaksin olunması ilə bağlı tələb irəli sürülməyib:

"Son vaxtlar bizə sorğu, telefon zəngi ilə müraciət edən jurnalist həmkarlarımızın əksəriyyəti eyni sualı soruşurlar- məktəblərə valideynlərin vaksin olunması ilə bağlı tapşırıq verilibmi?

Cavab budur ki xeyir, verilməyib. Ancaq suala cavab verilərkən, həm də bəli demək istərdik. Niyə? Ona görə ki, yeni tədris ilində məktəb təkcə vaksin olunmuş müəllimdən deyil, həm də vaksinlənmiş valideyndən asılıdır. Bu belə deyilmi!? Bir sözlə, təhsil üçün vaksinasiya bu gün də aktualdır", - deyə o əlavə edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO