Lənkəran sarayını tikdirən xanın həyatı və baxımsız məzarı - FOTOFAKT

Lənkəran sarayını tikdirən xanın həyatı və baxımsız məzarı - FOTOFAKT

Hazırda oxunan: Lənkəran sarayını tikdirən xanın həyatı və baxımsız məzarı - FOTOFAKT

33252

Xanlıqlar dövrü Azərbaycan üçün Gülüstan və Türkmənçay müqavilələri ilə nəticələnsə də, ölkə iki hissəyə bölünsə də, çoxsaylı şanlı səhifələr də var.

Bizim.Media xanlıqlarla bağlı ilk yazıya Lənkəran xanlığından başlayıb. Səbəb isə Lənkəran xanlarının nəslindən olan Mirəhməd Xan Talışinskinin məzarının baxımsız vəziyyətdə olmasıdır. 

Ümumiyyətlə onun barədə internetdə məlumat azlığı da acınacaqlıdır. Mirəhməd Xan Talışinski hakimiyyətdə olmayıb. O, özünə "Xan" titulunu xan nəslindən olduğu üçün götürüb. Mirəhməd Xanın doğum tarixi məlum deyil. Onun XIX əsrin ortalarında dünyaya gəldiyi ehtimal edilir.

1916-cı ildə Fransaya səfərlərinin birində vəfat edib, lakin Lənkəranda dəfn edilib. 

Saytımızın əldə etdiyi fotoya baxdıqda görmək olar ki, xan nəslindən olan Mirəhməd Xanın məzarı baxımsız durumdadır. Halbuki o, 1913-cü ildə həyat yoldaşı Tuğra xanımın şərəfinə bənzərsiz saray tikdirib.
 

Binanın layihəsi, adı məlum olmayan fransalı memar tərəfindən hazırlanıb. Bina tikilərkən bir çox inşaat materialları Fransadan və Bakıdan Lənkərana gəmi vasitəsilə gətirilib.


Bu üçmərtəbəli bina Lənkəranın ilk çoxmərtəbəli binası olub. Lənkəran Xan Sarayının dünyada analoqu yoxdur. Sarayın tikilməsinə səbəb isə Tuğra xanımın 1912-ci ildə Tiflisdə keçirilən Zaqafqaziya gözəllik müsabiqəsində qalib olmasıdır.

1916-cı ildə xanın vəfatından sonra Sovet hakimiyyəti illərində ev dövlət tərəfindən müsadirə edilir və xanın həyat yoldaşı Tuğra xanım saraydan çıxarılır.

Xan sarayı 1991-ci ildən Lənkəran Tarix Diyarsünaslıq Muzeyi kimi fəaliyyət göstərir. Lənkəran Xan Sarayı 2013-cü ildə təmirə bağlanıb və 2014-cü ilin noyabrında bina istifadəyə verilib.
 

Xan sarayı barədə çox məlumat vermək olar və tarixi abidənin təmiri də alqışa layiqdir. Amma bu sarayı tikdirən tarixi şəxsiyyətin, Mirəhməd Xan Talışinskinin məzarı pis vəziyyətdədir.


Ümumiyyətlə bu cür görkəmli şəxslərin məzarları mühafizə olunurmu və bu işlər necə aparılır? Mövzunu davam etdirəcəyik. Diqqətiniz bizdə olsun. 

Bəyim Babayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO