Döyülən azyaşlılarla bağlı ÖZƏL TƏFƏRRÜAT - FOTO 

Döyülən azyaşlılarla bağlı ÖZƏL TƏFƏRRÜAT - FOTO 

Hazırda oxunan: Döyülən azyaşlılarla bağlı ÖZƏL TƏFƏRRÜAT - FOTO 

33245

Ağstafada iki azyaşlı uşağa qarşı zorakılıq hərəkətlərinin törədilməsi faktı ilə bağlı məlumat sosial gündəmi zəbt edib. 

Bizim.Media xəbər verir ki, nənənin uşaqları tələb etməsi fonunda baş verən hadisə kürəkən, yeni gəlin və keçmiş qayınana arasında fərqli məcralara yönləndirilir. 

2 azyaşlı uşaq şiddətli şəkildə döyülüb, onlara bədən xəsarətləri yetirilib. Hadisə Ağstafa rayonunda qeydə alınıb.

Rayonun Xılxına kənd sakini hazırda Ağstafa şəhərinin şəhid Elşən Poladov küçəsində kirayə yaşayan Samir Zərbəliyevin həyat yoldaşı rəhmətə getdikdən sonra ikinci dəfə ailə qurub. 
 

MÖVZU İLƏ BAĞLI:

Ögey uşaqlarına əzab verən qadın barəsində cinayət İŞİ AÇILDI 


Bundan sonra uşaqların ana nənəsi Gəncə şəhər sakini Zəminə Həsənova azyaşlıları kürəkənindən ona verməsini istəyib. İllərdir davam edən çək-çevir sonunda bu cür sonluqla başa çatıb. 
 

Uşaqların atası Samir Zərbəliyev əməkdaşımıza şifahi olaraq bildirib ki, həqiqətən də ikinci həyat yoldaşı Səadət Mehralıyeva tərbiyə etmək məqsədi ilə uşaqları döyüb bədənlərindən burmaş götürüb.


Bundan sonra uşaqlar pilləkəndən də yıxılıb. Uşaqların nənəsi Zəminə Həsənova isə kürəkənigilə gələndə uşaqlarda narahatlıq görərək bədənlərinə baxıb və işgəncə izləri ilə rastlaşıb. 

Ağstafa rayon Polis Şöbəsinə müraciət edən nənə kürəkənindən  və gəlinindən şikayət edib.

Daha sonra uşaqları aldıqdan sonra izzahatını dəyişib. Sonradan Gəncədə yenidən polisə şikayət edib. Nənənin nəvələrinin zorakılığa məruz qalmasına dair müraciəti əsasında Ağstafa rayon prokurorluğunda araşdırma aparılıb.
 

 Araşdırma ilə Səadət Mehralıyeva Həmid qızının müxtəlif vaxtlarda 2013 və 2014-cü il təvəllüdlü ögey övladlarına mütəmadi olaraq döyməklə və sair zorakı hərəkətlərlə əzab verərək onlara çoxsaylı bədən xəsarətləri yetirməsinə əsaslı şübhələr müəyyən edilib. 


Faktla bağlı Ağstafa rayon prokurorluğunda Cinayət Məcəlləsinin 133.1-ci (əzab vermə) maddəsi ilə cinayət işi başlanaraq istintaqın aparılması Ağstafa Rayon Polis Şöbəsinin istintaq bölməsinə tapşırılıb.

Cümşüd Məmmədov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO