Ögey uşaqlarına əzab verən qadın barəsində cinayət İŞİ AÇILDI 

Ögey uşaqlarına əzab verən qadın barəsində cinayət İŞİ AÇILDI 

Hazırda oxunan: Ögey uşaqlarına əzab verən qadın barəsində cinayət İŞİ AÇILDI 

33176

Kütləvi informasiya vasitələri və sosial şəbəkələrdə Ağstafa şəhəri ərazisində 2 azyaşlı uşağa qarşı zorakı hərəkətlər edilməsi barədə məlumatlar yayılıb. 

Bizim.Media xəbər verir ki, bu barədə Baş Prokurorluqdan məlumat verilib.

Gəncə şəhər sakini Həsənova Zəminə Valeh qızının nəvələrinin zorakılığa məruz qalmasına dair müraciəti əsasında Ağstafa rayon prokurorluğunda araşdırma aparılıb. 
 

MÖVZU İLƏ BAĞLI:

Ögey qardaşı və arvadı tərəfindən zorakılığa məruz qalan şəxslə bağlı ARAŞDIRMA


Araşdırma ilə Mehralıyeva Səadət Həmid qızının müxtəlif vaxtlarda 2013 və 2014-cü il təvəllüdlü ögey övladlarına mütamadi olaraq döyməklə və sair zorakı hərəkətlərlə əzab verərək onlara çoxsaylı bədən xəsarətləri yetirməsinə əsaslı şübhələr müəyyən edilib. 

Faktla bağlı Ağstafa rayon prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 133.1-ci (əzab vermə) maddəsi ilə cinayət işi başlanaraq istintaqın aparılması Ağstafa Rayon Polis Şöbəsinin istintaq bölməsinə tapşırılıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO