Müəllimlərin işə qəbulu üzrə vakansiya seçiminin nəticələri AÇIQLANDI

Müəllimlərin işə qəbulu üzrə vakansiya seçiminin nəticələri AÇIQLANDI

Hazırda oxunan: Müəllimlərin işə qəbulu üzrə vakansiya seçiminin nəticələri AÇIQLANDI

33109

Avqusun 11-14-də keçirilən müəllimlərin işə qəbulu müsabiqəsi üzrə vakansiya seçimi mərhələsinin nəticələri namizədlərin şəxsi səhifələrinə göndərilib.

Bu barədə Bizim.Media Təhsil Nazirliyindən məlumat verilib.

Azərbaycan dili və ədəbiyyat, coğrafiya, ibtidai sinif və tarix fənləri üzrə vakansiya seçimlərində 939 namizəd uğur qazanıb.

Seçimlərdə uğur qazanmış namizədlər üçün 18 avqustdan etibarən müsahibə mərhələsinə başlanılacaq. Namizədlər aşağıdakı link vasitəsi ilə müsahibə mövzuları ilə tanış ola bilərlər: miq.edu.az
 

MÖVZU İLƏ BAĞLI:

Müəllim olmaq istəyənlərin DİQQƏTİNƏ!


Qeyd edək ki, namizədlər şəxsi səhifələrində qeyd olunan tarixdə müsahibə mərhələsində iştirak etmədiyi halda bu, tutduğu vakant yerdən imtina kimi qeydə alınacaq və həmin namizədlərin müsabiqənin növbəti vakansiya seçimlərində iştirakı təmin olunmayacaq.

Nazirlik müsahibə mərhələsində iştirak edəcək bütün namizədlərə uğurlar arzulayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO