“Rabitəbank”ın əməkdaşı həbs edildi - SƏBƏB

“Rabitəbank”ın əməkdaşı həbs edildi - SƏBƏB

Hazırda oxunan: “Rabitəbank”ın əməkdaşı həbs edildi - SƏBƏB

33073

“Rabitəbank” ASC-nin Lənkəran rayon filialında külli miqdarda pul vəsaitinin mənimsənilməsi faktı üzrə rayon prokurorluğunda cinayət işi üzrə istintaq tamamlanıb.

Lənkəran rayon prokurorluğunudan Bizim.Media-ya verilən məlumata görə, istintaqla müəyyən edilmişdir ki, “Rabitəbank” ASC-nin Lənkəran rayon filialının xəzinədarı Cəfər Sadıqzadə qulluq mövqeyindən istifadə etməklə ona etibar edilmiş özgənin ümumilikdə 595 min manat məbləğində “Rabitəbank” ASC-yə məxsus xüsusilə külli miqdarda nağd pul vəsaitini mənimsəyərək talamış və tamah niyyəti ilə rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil etməklə vəzifə saxtakarlığı edib.

Cəfər Sadıqzadə müxtəlif maddələrlə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə istintaq yekunlaşdırılaraq, baxılması üçün aidiyyəti üzrə Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO