İşaxtaranların və işsizlərin NƏZƏRİNƏ: Vakansiya portalı yaradıldı

İşaxtaranların və işsizlərin NƏZƏRİNƏ: Vakansiya portalı yaradıldı

Hazırda oxunan: İşaxtaranların və işsizlərin NƏZƏRİNƏ: Vakansiya portalı yaradıldı

33067

İşaxtaran və işsiz şəxslərin məşğulluq imkanlarını genişləndirəcək aqrokadr.az karyera portalı yaradılıb.

Kənd Təsərrüfatı Nazirliyindən Bizim.Media-ya verilən məlumata əsasən, bu sayt kənd təsərrüfatı sahəsində məşğulluq imkanlarının genişləndirilməsi, aqrar sahədə fəaliyyət göstərmək istəyən şəxslərin daha asan iş tapmasına şərait yaradacaq.

Portalda aqrar sahə üzrə təqdim olunan iş yerləri, işçi axtarışında olan şirkət və müəssisələr barədə məlumatlar yerləşdirilib.
 

Eyni zamanda, işəgötürənlərə karyera portalının “namizədlər” bölməsində işsiz, eləcə də işaxtaran şəxslərin təhsil və iş təcrübəsi ilə tanış olmaq imkanı yaradılıb.


Portal aqrar əmək bazarı üzrə işçilərin və işəgötürənlərin faydalana biləcəyi etibarlı və mötəbər karyera məlumat mənbəyi kimi qiymətləndirilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO