Kiçik Dəhnə kəndindəki Şəhidlər Xiyabanı yenidən inşa edildi - FOTO

Kiçik Dəhnə kəndindəki Şəhidlər Xiyabanı yenidən inşa edildi - FOTO

Hazırda oxunan: Kiçik Dəhnə kəndindəki Şəhidlər Xiyabanı yenidən inşa edildi - FOTO

0:00
0:00
33039

Şəkinin ən iri yaşayış məntəqələrindən olan Kiçik Dəhnə kəndində inşa edilmiş Şəhidlər Xiyabanı şəhid atası, 1-ci Qarabağ savaşında itkin düşmüş Zaman Salamovun atası Oruc Salamovun təklifi ilə  reallaşıb.

Bizim.Media xəbər verir ki, bu barədə Kiçik Dəhnə kənd bələdiyyəsinin sədri Əlvida Calalov məlumat verib.

Onun sözlərinə görə,Vətən müharibəsində tarixi qələbəmizdən sonra qərara aldıq ki, kəndimizin girəcəyində 1990-cı ildə 20 Yanvar hadisələrindən sonra primitiv tikilmiş Şəhidlər Xiyabanını genişləndirək:

“Təklifi isə şəhid atası Oruc Salamov verdi. Mən də bu barədə Moskvada yaşayan iş adamı,  qardaşım Elçinə məlumat verdim. Elçinin, Şəkidəki sahibkar qardaşım Rahimin, Moskvada məskunlaşan həmkəndlilərimizin maddi dəstəyilə Şəhidlər Xiyabanını əsaslı şəkildə yenidən inşa etdik”.

Xatırladaq ki, Kiçik Dəhnə kəndi Qarabağ münaqişəsində 15 şəhid verib.

Onlardan 9-u 1-ci Qarabağ Müharibəsində şəhid olub, 5 nəfər itkin düşüb. Vətən Müharibəsində Kiçik Dəhnədən şəhid olan Tərxan Qurbanov isə Mingəçevir şəhərində dəfn edilib, 3 yaralı var.

Aytəkin Alxaslı, Bizim.Media







© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO