“Orta aylıq temperatur normadan 5 dərəcə yüksəkdir” - Umayra Tağıyeva  

“Orta aylıq temperatur normadan 5 dərəcə yüksəkdir” - Umayra Tağıyeva  

Hazırda oxunan: “Orta aylıq temperatur normadan 5 dərəcə yüksəkdir” - Umayra Tağıyeva  

32943

"Azərbaycanda baş verən müasir iqlim dəyişmələri fonunda iqlimin istiləşməsi ilə bağlı yay aylarında güclü isti günlərin və isti hava dalğalarının sayı və davamiyyətinin xeyli artması müşahidə edilir". 

Bizim.Media xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva deyib. 

O bildirib ki, 1991-2020-ci illərdə iyun-avqust aylarında havanın maksimal temperaturu 1960-1990-cı illərlə müqayisədə havanın maksimal temperaturu 35 dərəcə və daha çox olan günlərin ümumi sayı Bakıda 4,3 dəfə, Şəkidə isə 3,1 dəfə artıb: 

"İsti günlərin sayında artım daha çox iyun və avqust aylarında müşahidə edilib. Bu ilin iyul ayında havanın orta aylıq temperaturu normadan 2,5 dərəcəyədək yüksək olsa da, rekord istilər deyil". 

U.Tağıyevanın sözlərinə görə, avqust ayında isə isti hava dalğasının davamiyyəti ötən illərlə müqaisədə daha çoxdur: 

"Havanın orta aylıq temperaturu normadan 5 dərəcə yüksəkdir. Artıq 16 gündür ki, havanın maksimal temperaturu 35 dərəcədən yüksəkdir. Qeyd etmək lazımdır ki, bütün çoxillik müşahidələrə görə ən davamlı 24 günlük isti hava dalğası 2010-cü ildə qeydə alınıb. Yeri gəlmişkən, bu həftənin sonunadək hava şəraitində mühüm dəyişiklik gözlənilmir".  

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO