Ağacların yandırılması ilə bağlı cinayət işi AÇILDI 

Ağacların yandırılması ilə bağlı cinayət işi AÇILDI 

Hazırda oxunan: Ağacların yandırılması ilə bağlı cinayət işi AÇILDI 

32933

Bakıda ağacların yanması faktı ilə bağlı cinayət işi başlanıb. 

Bizim.Media xəbər verir ki, bu barədə Baş Prokurorlqdan məlumat verilib. 

Avqustun 11-də paytaxtın Xətai rayonu, Əhmədli qəsəbəsi, Vunq-Tau küçəsi 11 ünvanında ağacların yanması ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsindən daxil olan material əsasında Xətai rayon prokurorluğunda araşdırma aparılıb. 

Baş verən yanğın hadisəsi nəticəsində ərazidə olan 47 ədəd şam ağacının yanması nəticəsində ətraf mühitə ümumilikdə 37 min 800 manat məbləğində maddi ziyan dəyməsi müəyyən edilib. 

Həmçinin, yanğın mənbəyi kimi müəyyən edilən 4 yerdə istintaq-əməliyyat tədbirləri zamanı tezalışan məhlul aşkarlanıb. 

Faktla bağlı Xətai rayon prokurorluğunda Cinayət Məcəlləsinin 260.3 (Meşələri və digər yaşıllıqları məhv etmə və ya zədələmə külli miqdarda ziyan vurmaqla törədildikdə) və 314.1-ci (Səhlənkarlıq) maddələri ilə cinayət işi başlanıb. 

Hazırda cinayət işi üzrə zəruri istintaq hərəkətləri davam etdirilir. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO