Qubada oğurluq hadisəsi - Oğrular hadisəni görən azyaşlını qaçırmaq istədilər - ÖZƏL - FOTO

Qubada oğurluq hadisəsi - Oğrular hadisəni görən azyaşlını qaçırmaq istədilər - ÖZƏL - FOTO

Hazırda oxunan: Qubada oğurluq hadisəsi - Oğrular hadisəni görən azyaşlını qaçırmaq istədilər - ÖZƏL - FOTO

32749

Qubada atasının avtomobilindən oğurluq edən şəxsi görən azyaşlı oğurlanmaq təhlükəsi ilə üz-üzə qalıb.

Bizim.Media-nın bölgə müxbirinin məlumatına görə, saxlanılan şəxslər uşaq oğruluğuna cəhd edən şəxslərdir. Hadisə Qubanın Əlməmmədoba kəndində baş verib.

Belə ki, bir neçə gün əvvəl Əlməmmədoba kənd sakini 11 yaşlı Elcan Həsrətov evlərinin qarşısında tanımadığı şəxsin atasının avtomobilindən oğurluq etdiyini görüb.

Uşağı görən naməlum şəxs qaçıb aradan çıxsa da iş bununla bitməyib.

Həmin şəxs bir-iki gün sonra Elcanı qaçıraraq kəndin kənarına gətirib və gördüklərini danışacağı təqdirdə onu öldürəcəyilə hədələyib. Cəld tərpənən uşaq evə qaçaraq hadisəni valideynlərinə danışıb.

Ailə dərhal polisə məlumat verib. Kənd camaatı da işdən hali olaraq ayıq-sayıq olmağa çalışıblar. Məhz onların sayıqlığı nəticəsində "gecənin vaxtsız  qonaqları"-nı saxlamaq mümkün olub.
 

MÖVZU İLƏ BAĞLI:

Qubada avtomobil oğurlayan şəxs saxlanıldı – VİDEO-FOTO


Kənd sakinləri kəndin ərazisində qeydiyyat nişansız avtomobil görüblər və dərhal rayon polis şöbəsinə məlumat verilib.

Avtomobili saxlayan sakinlər oğruların qonşu Hacıhüseynli kəndindən olduğunu öyrəniblər

Hazırda faktla bağlı Quba Rayon Polis Şöbəsində araşdırma aparılır. Araşdırmanın yekununda saxlanılan şəxslərin təqsirkar olub-olmaması məlum olacaq.

Aytəkin Alxaslı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO