Rəhmətlik atası mənə tarixi müsahibəsində məhz İsfəndiyarı “Şeytana yaxın övladı” adlandırmışdı.
Bizim.Media xəbər verir ki, bu fikirləri REAL televiziyasının rəhbəri Mirşahin səsləndirib.
MÖVZU İLƏ BAĞLI:
İsfəndiyar Vahabzadə Rusiyadan, yoxsa Azərbaycandan narazıdır?
Onun sözlərinə görə, İsfəndiyar Vahabzadənin çıxışlarında özünəməxsus təxribat elementləri həmişə olub:
“O, təkcə bu dəfə, təkcə Rusiya və ruslarla bağlı həddini aşmayıb ki! Keçmiş səfir buna qədər Azərbaycanın dövlət kursunu zərbə altına alan fikirlər də söyləmişdi. Sosial şəbəkələrdə hüquq-mühafizə orqanları ciddi təhqiqat aparsaydı, o və onun kimilər uzaq olduqları məsuliyyətə çoxdan cəlb edilərdi”.
Mirşahinin fikrincə, əsas məsələ belə məsuliyyətsiz insanlara şans verən internet TV kanallarıdır:
“Bu tribunaların daşıdığı məsuliyyət hansısa sabiq səfirin məsuliyyətindən daha çoxdur! Söhbət bir avantüristin Gerasimi Mumuyla səhv salan təfəkküründən yox, Azərbaycanın informasiya təhlükəsizliyindən gedir!”.
TV rəhbəri hesab edir ki, “Vahabzadə böhranı” Rusiya-Azərbaycan böhranı deyil, məsuliyyət böhranıdı, ağız sərhədini qoruya bilməyənlərin məsuliyyət böhranı!.
Bizim.Media