DİM imtahanın NƏTİCƏLƏRİNİ ELAN ETDİ 

DİM imtahanın NƏTİCƏLƏRİNİ ELAN ETDİ 

Hazırda oxunan: DİM imtahanın NƏTİCƏLƏRİNİ ELAN ETDİ 

32443

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə avqustun 11-də keçirilmiş imtahanların nəticələri elan edilib.

Bizim.Media-ya DİM-dən verilən məlumata görə, avqustun 11-də aşağıda qeyd olunan imtahanlar keçirilib:

1. Əvvəlki illərin məzunları üçün orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanı;

2. Müsabiqədə buraxılış imtahanında verdiyi xarici dildən fərqli dil üzrə iştirak etmək istəyənlər üçün əlavə xarici dil imtahanı;

3. Qəbul imtahanını buraxılış imtahanında verdiyi dildən fərqli dil üzrə vermək istəyənlər üçün əlavə imtahan;

Yuxarıdakı 3 kateqoriyaya aid olan abituriyentlər imtahan nəticələrini verilən linkdən öyrənə bilərlər.

4. İyun ayında keçirilən buraxılış imtahanlarında üzrlü səbəbdən iştirak edə bilməyən şagirdlər üçün buraxılış imtahanı;

5. Eksternat qaydasında imtahan verənlər üçün buraxılış imtahanı.

4-cü və 5-ci kateqoriyaya aid olan şagirdlər isə nəticələrini bu linkdən öyrənə bilərlər.

Abituriyentlər (şagirdlər) imtahan nəticələri haqqında məlumatı (hər fənn üzrə ümumi balı), mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO