Xocalı faciəsini törədən komandir ZAVİQAROV hələ də sağdır

Xocalı faciəsini törədən komandir ZAVİQAROV hələ də sağdır

Hazırda oxunan: Xocalı faciəsini törədən komandir ZAVİQAROV hələ də sağdır

3240

Xocalı faciəsini törədənlərə 100 milyon dollarlar verilib. Onların arasında rus hərbçilər də var.

Onların başında 366-cı alaya rəhbərlik edən polkovnik Zaviqarov Yuri Yureviç də var. Bu cani soyqırımdan sonra 500 min ABŞ dolları alıb. Hazırda Rusiya Federasiyasının Pskov vilayətində yaşayır, təqaüdçüdür.

3-cü batalyon komandiri, həyat yoldaşı milliyətcə erməni olan Nabokix Yevgeni Aleksandroviç də soyqırımı törətdiyinə görə 500 min dollar mükafat alıb. Hazırda, ailəsilə Argentinada yaşayır.

1992-ci il fevralın 25-dən 26-na keçın gecə Xocalı soqrımında iştirak edən faciənin törədilməsində rəhbər olan 38 nəfər şəxsin hamısı hələ də axtarışdadır və cəzasızdır. Bu şəxslər arasında Xankəndində yerləşən 366-cı alayın zabitləri, keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin hüquq-mühafizə orqanlarının əməkdaşları və Qarabağın erməni milliyətindən olan sakinləri də var.

Xocalı soyqrımının törədilməsinə rəhbərlik edən canilər

Zori Balayan, Serj Sərkisyan, Robert Köçəryan Xocalı soyqırımı törədilməsini planlaşdırıb, rəhbərlik ediblər. Eyni zamanda Manvel Yegizaryan - "Arabo” batalyonunun komandiridir.

Ermənistanda yaşayır və ideoloji işlə məşğul olur. Daha sonra Movses Akopyan - 1992-ci ilin fevralında 366 bölüyünün komandiri olub. Sonralar Dağlıq Qarabağda qanunsuz silahlı birləşməyə rəhbərlik edib.

Məhv edilən və yaralanan erməni terrorçuları

Xocalı qatillərindən biri - Ermənistan silahlı qüvvələrinin tərkibində Azərbaycana qarşı hərbi təcavüzdə iştirak edən erməni terrorçu Aleksandr Arutyunyandır. O, 2016-cı ilin dördgünlük Aprel döyüşlərində məhv edilib. Dağlıq Qarabağda terrorçu separatçıların başçısı Araik Arutyunyanın yaxın dostu olub.




Məhv edilən qatillər arasında Xocalıya tanklarla, toplarla hücum edən batalyonun komandiri Seyran Ohanyan da var. Azərbaycan artilleriyaçılarının Xocalıda yerləşən terrorçuların radiolokasiya sisteminin məhv edilməsi üçün açdıqları atəşlər Ohanyanı şil-küt edib. Xəbər verdiyimiz kimi, Seyran Ohanyan da ağır yaralıdır. Hazırda Almaniyada müalicə olunur.

Bu şəxslərdən əlavə faciənin törədilməsində yüzlərlə ittiham olunan var ki, onların 99 faizi sağdır.

Zarviqorov Yuri Yuryeviç – 366-cı alayın komandiri;
Çitçyan Valeri İsaakoviç – 366-cı alayın 1-ci taborunun qərargah rəisi;
Ayryan Vaçaqan Qriqoryeviç – 366-cı alayın kəşfiyyat rəisi;
Akopyan Movses Qrantoviç – 366-cı alayın 1-ci taborunun 2-ci bölüyünün komandiri;
Abramyan Poqos Qarnuşeviç - Xankəndindəki 11 alayın komandiri;
Kisebekyan Qriqori Akopoviç – 366-cı alayın rabitə rəisi;
Arutyunyan Slavik Vadimoviç – 366-cı alayın 5-ci bölüyünün komandiri;
İşxanyan Andrey Artyuşeviç – 366-cı alayın 1-ci bölüyünün təminat tağımının komandiri;
Beqlaryan Sergey Yurikoviç – 366-cı alayın 2-ci taburunun taqım komandiri;
Aryutunyan Kamo Rafaeloviç – 366-cı alayın təmir bölüyünün taqım komandiri;
Danilyan Armen Borikoviç – 366-cı alayın təmir bölüyünün taqım komandiri;
Qarmaş Viktor Anatolyeviç – 366-cı alayın zabiti;
Smaqin Aleksandr Vladimiroviç – 366-cı alayın zabiti;
Balyazin Oleq Viktoroviç – 366-cı alayın zabiti;
Beqlaryan Armen Volodieviç – 366-cı alayın texniki;
Ayrapetyan Aleksandr Aleksandroviç – 366-cı alayın çavuş;
Mirzoyan Vaçik Qrantoviç – 366-cı alayın 2-ci bölüyünün baş çavuşu;
Ayrapetyan Vaçik Qurgenoviç – 366-cı alayın 3-cü bölüyünün starşinası;
Abramyan Armo Aramoviç - Xankəndi Daxili İşlər Şöbəsinin rəisi;
Qukasyan Mavrik Araratoviç - Əsgəran rayon Daxili İşlər Şöbəsinin rəisi;
Ağacanyan Karlen Levonoviç - Əsgəran rayon Daxili İşlər Şöbəsinin sabiq rəisi;
Barseqyan Şagen Semenoviç - Əsgəran rayon Daxili İşlər Şöbəsinin rəis müavini;
Petrosyan Karo Vanieviç - Əsgəran rayon Yanğından Mühafizə Şöbəsinin rəisi;
Koçaryan Serjik Sumbatoviç - Xankəndi şəhər həbsxanasının rəisi;
Ayriyan Samvel Samurkaeviç - Əskəran rayon Daxili İşlər Şöbəsinin inspektoru;
Qriqoryan Edik Emirvaroviç - Əsgəran rayon Daxili İşlər Şöbəsinin əməkdaşı;
Qriqoryan Ararat Rantikoviç - Əsgəran rayon Daxili İşlər Şöbəsinin əməkdaşı;
Akopyan Oleq Nikolaeviç - Həsənabat sovxozunun əməkdaşı;
Tumasyan Seyran Aprakoviç - Xasq kəndinin sürücüsü;
Babayan Georgiy Qinikoviç - Həsənabad kənd sovxozunun sürücüsü;
Qriqoryan Valerik Sergeeeviç - Həsənabad kənd sovxozunun əməkdaşı;
Balasanyan Vitali Mixayloviç - DQMV xalq cəbhəsinin sədri;
Mirzoyan Maksim Mixayloviç - 2718 saylı Xankəndi avtobazasının müdürü;
Bbabyan Bahadur Qiniqoroviç - sabiq Xocalı sakini;
Manqasaryan Artik Qurgenoviç - Daşbulaq kəndinin sabiq sakini;
Kəhramanyan Hamlet Asrieviç - Daşbulaq kəndinin sabiq sakini;
Qriqoryan Canpolad Xanlaroviç - Sabiq Xocalı sakini;
İşxanyan Yura Qriqoryeviç - Əsgəran rayonunda yeməkxana direktoru.

Xocalı qatilləri bir-bir cəzalandırılacaq

Politoloq İlqar Vəlizadə hələ də yaşayan cinayətkarların ömürlük həbs olunmasını istəyir.

Politoloq hesab edir ki, ömürlük cəza onlar üçün edamdan da betər olacaq:

“Onları dünyaya gəldiklərinə peşman edəcəyik. Bir neçə həftə əvvəl Azərbaycan tərəfi bu caniləri İNTERPOLA verib. Arutunyan Tonoyan kimi insan qanı içənlər axtarışdadırlar. Onlara qarşı ən qatı cəzalar kəsilməlidir. Avropa və Haaqa Məhkəməsinə müraciətlər olunmalıdır. Əvvəllər müraciət edilibsə, bu cinayət dosyesinə yenidən baxılmalıdır”.

Xocalının qisası sonunadək alınacaq deyən millət vəkili Elman Məmmədov bildirdi ki, mən 1990-ci ildən indi yarlanan hərbi cani, uşaq qatili Seyhan Ohanyanı şəxsən tanıyırdım.

O, tək Xocalı soyqrımı faciəsinin iştirakçısı olmayıb, təşkilatçı rəhbərlərindən biri idi. Yaralanmaq nədir ki! Cəhənnəmə vasil olmalıdır:

“Ohanyan faşist idelogiyası ilə tərbiyə olunub. Azərbaycan əsgəri Oyanyan kimi insan qatillərinin cavabını verdi. Sağ qalanlardan Koçaryan, Balayan, Sarksiyan kimi digərlərini məhkəmələrdə görəcəyimiz günə çox qalmayıb. Ölkəmizdə fəaliyyətdə olan müvafiq qurumlar bu canilərlə yanaşı erməni havadalarının törətdiyi cinayətləri də faktlarlaşdırıb. Hamısı ədalətli şəkildə cavablarını alacaqlar. Onlara ən böyük cəza azad olunan torpaqlarımızda dalğalanan bayrağımızdır”.

Gülşanə Mustafayeva, Bizim.Media

 

 
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO