Bu restoranlar cərimələndi - SİYAHI

Bu restoranlar cərimələndi - SİYAHI

Hazırda oxunan: Bu restoranlar cərimələndi - SİYAHI

32397

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) nəzarət tədbirləri çərçivəsində ötən gün ölkə üzrə 401 ictimai iaşə obyektində 685 monitorinq keçirib. 

Bizim.Media xəbər verir ki, monitorinqlər zamanı 7 müəssisədə qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması faktları aşkar olunub. 

Nöqsanlarla bağlı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb. Pozuntular aşkar olunan ictimai iaşə müəssisələri aşağıdakılardır: 

1. Bakı şəhəri, Səbail ‎ ‎rayonu, Neftçilər pr., ev 153 ünvanında yerləşən, hüquqi şəxs "Beat Restaurants" MMC-yə məxsus “Baku” kafesi; 

2. Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi və Sarayevo küçələrinin kəsişməsində yerləşən, fiziki şəxs Babaşov Şöhrət Adışirin oğluna məxsus “Pak Dad” restoranı; 

3. Bakı şəhəri, Nəsimi ‎rayonu, Əliyev küç., ev 14 ünvanında yerləşən, fiziki şəxs Akkuş Servetə məxsus kafe; 

4. Bakı şəhəri, Nərimanov ‎rayonu, Əliyar Əliyev küçəsi 69 ünvanında yerləşən, fiziki şəxs Dəmirov Uğur Hüseyn oğluna məxsus kafe; 

5. Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küç., ev 34 ünvanında yerləşən, fiziki şəxs Bağırov Camal Valeh oğluna məxsus kafe; 

6. Bakı şəhəri, Nəsimi ‎rayonu, Əliyev küçəsi 4 ünvanında yerləşən, fiziki şəxs Borayev Ramazan Temraz oğluna məxsus kafe; 

7. Bakı şəhəri, Suraxanı ‌‎rayonu, Mehmandarov küçəsi 51 ünvanında yerləşən, fiziki şəxs İsmayılova Kifayət Həsən qızına məxsus “Turşsu” restoranı. 

Qeyd edək ki, AQTA tərəfindən Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən ictimai iaşə obyektlərində monitorinqlərin miqyası genişləndirilib.

Hazırda AQTA müfəttişləri tərəfindən respublika üzrə monitorinqlər davam etdirilir və qaydalara əməl etməyən sahibkarlıq subyektləri barədə ən sərt tədbirlər görüləcək. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO